Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əhməd Rəcəbli küçəsinin bir hissəsində aparılan təmir işləri yekunlaşıb

04.06.2024 [18:18]

Xəbərin mətni

Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə akademik Həsən Əliyev küçəsi arasında yerləşən 910 metr uzunluğa malik olan hissəsində aparılan təmir işləri artıq yekunlaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmir işləri zamanı köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri yerlərdə piyada səkilərinin, həmçinin yolayrıcının bərpası, yeni səki daşlarının düzülməsi işləri icra olunub. Daha sonra küçənin sözügedən hissəsinə yeni asfalt-beton örtüyü döşənib.