Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Enerji Forumu başlayıb

05.06.2024 [12:46]

Xəbərin mətni

Bakıda Xəzər regionunun ən böyük tədbiri olan 29-cu Bakı Enerji Forumu keçirilir. Forum Bakı Enerji Həftəsinin ayrılmaz tərkib hissəsidir. 600-dən çox nümayəndənin iştirak etdiyi konfransda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmdə olacaq. Xəzər dənizinin 157 GVt-lıq dəniz külək potensialından istifadə etməklə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin yaradılması, ilkin mərhələdə 4 GVt yaşıl elektrik enerjisi və yaşıl qazın ixracı istiqamətində mühüm işlər görülür. AZƏRTAC xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.