IRENA-nın baş direktoru: Azərbaycan yaşıl enerjiyə keçid prosesini uğurla həyata keçirir
05.06.2024 [14:17]
Xəbərin mətni
Dünya ölkələrinin 68 faizi neft və qaz idxal edir. Enerjiyə olan tələbatı ödəmək üçün istehsal artır ki, bu da yaşıl enerjiyə keçidi ləngidir. Lakin Azərbaycan Prezidentinin həyata keçirməyə çalışdığı layihələr bu keçidin təmin olunması istiqamətində atılan böyük addımdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera deyib.
O bildirib ki, Azərbaycan COP29-un keçirilməsi üçün öhdəlik götürüb və bu işin öhdəsindən məharətlə gələcək. Baş direktor əlavə edib ki, Prezident İlham Əliyev Azərbaycanın coğrafi imkanlarını çox düzgün qiymətləndirib.