Azərbaycan Dövlət İnformasiya Agentliyi

“GÜNÜN MÖVZUSU”: Bakı Enerji Həftəsi: Enerji sektoru və iqtisadi inkişaf

05.06.2024 [17:06]

Özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirdi. 30-dan çox ölkədən 300-dək şirkətin iştirakı bu tədbirin əhəmiyyətindən xəbər verir. Bu gün isə Xəzər regionunun ən böyük tədbiri olan 29-cu Bakı Enerji Forumu keçirilir. Forum Bakı Enerji Həftəsinin ayrılmaz tərkib hissəsidir. 600-dən çox nümayəndənin iştirak etdiyi konfransda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmdədir. Dünəndən başlayan, bu gün və sabah da davam edəcək tədbir bütün diqqətləri Azərbaycana yönəldib. Bakı Enerji Həftəsi ilə bağlı mövzumuzu İİTKM-nin icraçı direktor müavini Ramil Hüseynlə müzakirə etdik.