SİYASƏT


Rusiya Prezidenti Azərbaycan ilə ticarət dövriyyəsinin inkişaf tempinin yaxşı olduğunu qeyd edib

İyunun 5-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ənənəvi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşüb və onların suallarını cavablandırıb.
TASS tərəfindən təşkil olunan görüşdə 15-dən çox ölkənin informasiya agentliklərinin rəhbərləri, o cümlədən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev iştirak edib.
Prezident Vladimir Putin AZƏRTAC-ın İdarə Heyəti sədrinin sualını da cavablandırıb.