Azərbaycan Dövlət İnformasiya Agentliyi

8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir

06.06.2024 [12:52]

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir. Əsaslı təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı aparılır. Agentlik tərəfindən hazırda prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti
üçün mövcud piyada səkiləri, bundan başqa yolayrıcı bərpa olunur, kənarlarına yeni səki daşları düzülür.