İQTİSADİYYAT
Minlərlə hektar torpaq sahəsinin suvarılması yaxşılaşacaq “Köndələnçay” su anbarları kompleksinə mediatur
06.06.2024 [13:46]
Xəbərin mətni
“Köndələnçay-1” su anbarı 3,9 milyon kubmetr, “Köndələnçay-2” 2,1 milyon kubmetr, “Aşağı Köndələnçay” su anbarı isə 9,5 milyon kubmetr su tutumuna malikdir. Bu su anbarları vasitəsilə Füzulinin 6200 hektar ərazisi suvarma suyu ilə təmin olunur”, - deyən E.Məmmədov bildirib ki, bərpa zamanı kompleksin müəyyən hissələrində betonlama və bəndbərkitmə işləri aparılıb. Suburaxıcı obyektin bütün mexaniki avadanlıqları yenidən təmir olunub. Suları nəql etmək üçün 3 aqreqatlı nasos stansiyası tikilib və istifadəyə verilib.