Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ

Prezident İlham Əliyev Qırğızıstanın Joqorku Keneşinin sədrini qəbul edib

06.06.2024 [14:56]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Qırğız Respublikasının Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Nurlanbek Şakiyev Qırğızıstan Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sadır Japarova çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı ötən ilin oktyabrında Qırğızıstana səfərini məmnunluqla xatırladı.