Göyçayda restoran yanıb
06.06.2024 [16:23]
Xəbərin mətni
Hadisə günorta saatlarında rayonun Səməd Vurğun küçəsində qeydə alınıb. İlkin məlumatlara görə anidən başlayan yanğın qısa zamanda şiddətlənərək bütün restoranı əhatə edib. Yanğın nəticəsində restoranın otaqları, bütün əşyaları, məişət avadanlıqları yanaraq külə dönüb.
Əraziyə Fövqalədə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.