AZƏRTAC XƏBƏR VERİR: Laçında növbəti əmək yarmarkası təşkil olunub
06.06.2024 [19:20]
İşğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Agentlik tərəfindən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi ilə Laçında növbəti əmək yarmarkası təşkil olunub.
Aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan olan 23 işəgötürən iştirak edib və müxtəlif istiqamətlər üzrə 335 vakansiya təqdim olunub.