Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisi 1/4 finalda mübarizəni dayandırıb
06.06.2024 [22:23]
Xəbərin mətni
Minifutbol üzrə Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.
AZƏRTAC xəbər verir ki, 1/4 finalda Qazaxıstanla qarşılaşan yığma məğlub olub. Görüşün əsas vaxtında hesab açılmadığından qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq olan rəqib (7:6) yarımfinala çıxıb.