İQTİSADİYYAT
Ələt-Astara-İran avtomobil yolunun 26 kilometrlik hissəsi yenidən qurulur
07.06.2024 [12:30]
Xəbərin mətni
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsi üzrə əsaslı təmir işləri aparılır. Uzunluğu 26 kilometr olan sözügedən hissə 3-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni 12 metrə qədər genişləndirilir. Artıq hissə üzrə torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri görülüb. Texnoloji ardıcıllığa uyğun hazırda yol əsasının tikintisi və yeni asfalt-
beton örtüyünün alt layının döşənməsi işləri yerinə yetirilir.