SİYASƏT


AZƏRTAC XƏBƏR VERİR: Laçında daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərin məşğulluğuna dəstək tədbirlərini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Laçın şəhərinə, Laçının Zabux kəndinə və Zəngilan rayonunun Ağalı kəndində köçürülən sakinlərdən daha bir qrup şəxsə iyunun 7-də Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim olunub.
Laçın rayonunda avadanlıqların təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov da iştirak ediblər. Onlar proqram iştirakçıları ilə görüşüb, həmin sakinlərin yeni qurduqları təsərrüfatlarla bağlı planları ilə maraqlanıblar.