SİYASƏT


XİN: Ermənistanın hərbiləşmə siyasətini davam etdirməsi onun Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu göstərir

Ermənistan Xarici İşlər Nazirliyinin bu ölkənin qonşularına qarşı ərazi iddiaları irəli sürməsi faktını təkzib etməyə yönəlmiş 7 iyun tarixli bəyanatı, əslində, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan ilə Ermənistan arasında sülhə nail olmaq üçün maneə təşkil edən çağırışlardan yayındırmaq niyyətindən başqa bir şey deyil.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin 2024-cü il 7 iyun tarixli bəyanatına dair şərhində yer alıb.