Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həyat sığortasında yeni qaydalar və üstünlüklər

07.06.2024 [19:49]

Mərkəzi Bank tərəfindən həyat sığortası sahəsinə yeni tənzimləyici qaydalar təsdiqlənib. Yeni qaydanın tətbiqi ilə istehlak krediti götürən şəxslər üçün bir sıra yumşalmalar müəyyən edilib. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə həyat sığortasının yeni qaydalarla tətbiqi vətəndaşlar üçün bir sıra üstünlüklər yaradacaq.