Azərbaycan Dövlət İnformasiya Agentliyi

"GÜNÜN MÖVZUSU": Qadın və kişilərdən ibarət basketbol millimiz Avropa Kuboku yolunda

10.06.2024 [19:11]

Azərbaycanın qadın və kişilərdən ibarət 3x3 basketbol milliləri Kosovonun paytaxtı Priştinada keçirilən seçmə turnirdə qalib gələrək Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıb. Uğurlu nəticələrə gedən yoldan və qarşıdakı növbəti hədəflər haqqında Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimovla müzakirəni təqdim edirik.