Azərbaycan Dövlət İnformasiya Agentliyi

Suraxanıda Səttar Bəhlulzadə küçəsinin bir hissəsi təmir olunur

11.06.2024 [18:39]

Xəbərin mətni

Bakı şəhərinin Suraxanı rayonunda Səttar Bəhlulzadə küçəsinin Heydər Əliyev prospektindən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunadək olan hissəsində təmir işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 4,9 kilometr, ortalama eni 9 metr olan sözügedən küçə üzrə hazırda köhnə və yararsız asfalt-beton örtüyünün frezlənməsi və frez materialının kənara daşınması işləri aparılır.