İDMAN


Fernandu Santuş Azərbaycan millisinin baş məşqçisi təyin olunub

AFFA İcraiyyə Komitəsinin (İK) onlayn formatda növbəti iclası keçirilib.
AZƏRTAC milli assosiyasiyanın rəsmi saytına istinadən xəbər verir ki, komitənin iyunun 3-də təşkil olunmuş toplantısında müzakirə edilən baş məşqçi məsələsinin davamı olaraq, Azərbaycan milli komandasının sükanı arxasına tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşun namizədliyi irəli sürülüb.
Müzakirələr zamanı güclü, rəqabətədavamlı və uğurlu oyun nümayiş etdirən komandanın formalaşdırılmasının, eyni zamanda ölkəmizdə uşaq futbolunun inkişafının zəruriliyi qeyd olunub.