İQTİSADİYYAT


Yeni fəaliyyətə başlayan FLIRT markalı qatarlar Ləki və Ucar stansiyalarında da dayanacaq

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) iyunun 14-dən etibarən İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir və komfortlu FLIRT – Flinker Leichter Intercity- und Regional-Triebzu (Sürətli, Rahat Şəhərlərarası və Regional Qatar) markalı qatarları Bakı–Ağstafa–Bakı marşrutu üzrə sərnişinlərin istifadəsinə verir.
AZƏRTAC xəbər verir ki, 2019-cu ildə ADY ilə şirkət arasında imzalanmış müqaviləyə əsasən alınmış FLIRT tipli 10 müasir qatardan dördü artıq ölkəmizdədir və test mərhələsini tamamlayıb.