İQTİSADİYYAT


Salyanda uzunluğu 33 kilometr olan yolların yenidən qurulması işləri yekunlaşır

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Salyan rayonunun Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi magistralını Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, Bəydili, Qızılağac və Alçalı kəndləri ilə birləşdirən avtomobil yollarının yenidən qurulması layihəsinin icrası son mərhələdə olmaqla davam etdirilir. Sözügedən kəndlərə gedən yolların ümumi uzunluğu 33 kilometrdir.