İDMAN


Fernandu Santuş: Azərbaycan millisi ilə tarixi nəticələrə imza atacağıq

"İşimiz barədə danışmağa kifayət qədər vaxtımız olacaq".
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş təqdimat mərasimində deyib.
Portuqaliyalı mütəxəssis ona göstərdiyi etimada görə AFFA rəhbərliyinə təşəkkür edib: "Danışıqlar müddətində layihələr mənə maraqlı gəldi. Bu anlaşma gələcək planları bir yerdə həyata keçirmək baxımından çox önəmlidir. Buraya gəlmişəmsə, deməli, AFFA rəhbərliyi mənə inanır".