İQTİSADİYYAT


Daşınmaz əmlak alanların NƏZƏRİNƏ

Nağdsız qaydada alınan yaşayış və qeyri yaşayış sahələrinə görə əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması prosesi bir müddətdir başlasa da, bir çox vətəndaşlarımız bundan xəbərsizdir. Bəs maraqlıdır daşınmaz əmlak alarkən əlavə dəyər vergisinin bir hissəsini necə geri almaq olar? Dövlət Vergi Xidmətinin əməkdaşı Elnur Əliyevin sözlərinə görə əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması üçün müraciətlər onlayn qaydada həyata keçirilir.