İQTİSADİYYAT


Bakı-Ələt-Qazax-Gürcüstan yolunda iki yeni piyada keçidi inşa olunur

M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 69-cu km-də yolun hər iki hərəkət istiqaməti üzrə (Qaradağ rayonu, Ələt qəsəbəsindən keçən hissə) iki yerüstü piyada keçidinin tikintisi aparılır.
Layihə üzrə keçidlərin uzunluqları 30 metr, hərəkət hissələrinin eni 3.5 metrdir. Yol səviyyəsindən hündürlükləri 5.5 metr təşkil edən keçidlər torşəkilli metal konstruksiyadan ibarətdir.
Artıq keçidlərin platformalarının quraşdırılması işləri aparılıb.