İDMAN


"GÜNÜN MÖVZUSU": Bu gün futbol üzrə XVII Avropa çempionatı start götürür

Bu gün Almaniyada futbol üzrə Avropa çempionatına - AVRO-2024-ə start veriləcək. Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq. Almaniyanın 2-ci dəfə ev sahibliyi edəcəyi turnirdə ümumilikdə 51 oyun baş tutacaq. İlk dəfə 1988-ci ildə Avropa çempionatına ev sahibliyi etmiş Almaniya turniri bir dəfədən çox təşkil edən 4-cü ölkədir. Milli komandalar səviyyəsində Avropanın ən mühüm yarışı indiyədək 14 fərqli ölkədə təşkil olunub.
Mövzunu studiyamızın qonağı şərhçi Gündüz Abbaszadə ilə müzakirə etdik.