ORDU


Baş Qərargah rəisi mühəndis bölmələrinin taktiki-xüsusi təlimini izləyib

İyunun 14-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev mühəndis bölmələri ilə keçirilən taktiki-xüsusi təlimi izləyib.
Mühəndis qoşunlarının hissə və bölmələrinin sərəncamında olan müasir silah və texnikaya baxış keçirildikdən sonra komandir heyətinin məruzələri dinlənilib. Baş Qərargah rəisinə məruzə olunub ki, plana əsasən, həyəcan siqnalı ilə qaldırılan bölmələr döyüşə hazır vəziyyətə gətirilərək, cəmləşmə rayonlarına çıxarılıb.