SİYASƏT


AZƏRTAC XƏBƏR VERİR: Bu gün Azərbaycan məktəblərində “Son zəng” qeyd olunub

İyunun 14-də Azərbaycan məktəblərində “Son zəng” qeyd olunur. Bu il respublikada 102 min 120 nəfər XI sinfi bitirir. 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində şagirdlərin sayı 1 milyon 706 min 935 nəfər təşkil edib. Cari tədris ilində ümumi təhsil müəssisələrində 150 min 445 nəfər IX sinfi bitirir.
Bu tədris ilində ölkə üzrə 137 min 862 şagird birinci sinfi bitirir.
Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 min 569 uşaq təhsil alıb.