CƏMİYYƏT


Paytaxtın müxtəlif məkanlarında abadlaşdırma işləri aparılır

Bakının COP29-a ev sahibliyi etməsi ilə əlaqədar paytaxtın müxtəlif məkanlarında abadlaşdırma işləri aparılır.
Şəhərin mərkəzindəki qədim tikililərin, tarixi əhəmiyyətli binaların üzlük daşının səthinə vaxtilə müxtəlif növ boyaların vurulması mütəxəssislərə bərpa prosesində böyük çətinlik yaradır. Problemin həlli, eyni səthin dəfələrlə boyanmaya məruz qalmaması üçün “Bakı Abadlıq Xidməti” MMC yeni avadanlığın tətbiqini təklif edir.