ORDU


Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.
Bayram günündə şəxsi heyət ölkə ərazisindəki Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, xalqımızın Ümummilli Liderinin şərəfli həyat yolu və fəaliyyətindən bəhs edən filmləri izləyib, həmçinin hərbi qulluqçular üçün müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub.