SİYASƏT


AZƏRTAC XƏBƏR VERİR: Hərbi Qənimətlər Parkında “2K11 Kruq” zenit-raket kompleksi nümayiş olunur

15 İyun - Milli Qurtuluş Günündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkına mediatur təşkil edilib.
Media nümayəndələri Xocalı rayonunda aşkar olunan Ermənistan silahlı qüvvələrinə məxsus "2K11 Kruq" zenit-raket kompleksi ilə tanış olublar.
Jurnalistlərə həmin hava hücumundan müdafiə (HHM) sisteminin təyinatı, taktiki-texniki xüsusiyyətləri, eləcə də Vətən müharibəsindən öncə Ermənistan silahlı qüvvələri tərəfindən hansı məqsədlərlə istifadə olunması barədə ətraflı məlumat verilib.