İDMAN


Azərbaycan millisi Çövkən üzrə dünya çempionatının qalibi olub

İyun ayının 16-da Binə Atçılıq Mərkəzində Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə Çövkən üzrə dünya çempionatının finalı və bağlanış mərasimi keçirilib. Tədbirin ilk hissəsində Qarabağ atlarının Böyük Britaniyada “Vindzor Kral Atçılıq Şousu”nda, Türkiyə və İsveçrədə nümayiş etdirdiyi möhtəşəm şou-kompozisiya, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblının xüsusi çıxışı, nümunəvi orkestrimizin ifasında ecazkar milli musiqimiz yüksək səviyyədə tamaşaçılara təqdim edilib. Daha sonra Çövkən üzrə dünya çempionatında komandalar arasında növbəti mübarizə baş tutub və qarşılaşmanın nəticəsinə uyğun olaraq Nigeriya komandası Özbəkistan millisini 3-1 hesabı ilə məğlub edərək 3-cü yerin sahibi olub. Finalda isə Azərbaycan yığması mərakeşli rəqibləriylə qarşılaşıb. Matç milli çövkənçilərimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb, komandamız mundialı zirvədə tamamlayaraq Çövkən üzrə dünya çempionu ünvanına layiq görülüb.
Sonda qalib komandaların mükafatlandırma mərasimi keçirilib.