İDMAN
Güləşçilərimiz Tatarıstanda altı medal qazanıblar
18.06.2024 [23:52]
Tatarıstanın paytaxtı Kazan şəhərində "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunları davam edir.
Bu gün sərbəst güləşçilərimizdən Hacımurad Maqomedsəyidov (97 kq) qızıl, Şamil Zubairov (92 kq), Murad Haqverdiyev (65 kq), Orxan Abasov (79 kq) gümüş, Ceyhun Allahverdiyev (61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) bürünc medal qazanıblar.
Bununla da Azərbaycan idmançılarının oyunlarda qazandığı medalların sayı 9-a çatıb - 2 qızıl, 3 gümüş və 4 bürünc medal.
Xatırladaq ki, iyunun 11-də start verilən yarışda karateçimiz Mədinə Sadıqova (55 kq) bütün rəqiblərinə qalib gələrək oyunların qalibi olub. Avarçəkənimiz Bəhmən Nəsiri və samboçumuz Rəsul Aydəmirov (98 kq) isə bürünc medala sahib olublar.