İQTİSADİYYAT


Xankəndi-Şuşa-Laçın avtomobil yolunun tikintisi aparılır

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası uğurla davam etdirilir. Bu istiqamətdə mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də inşası davam etdirilən Xankəndi-Şuşa-Laçın avtomobil yoludur. Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının
eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.