Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İqlim Fəaliyyəti Forumunun açılış mərasimi keçirilib
20.06.2024 [16:05]
Xəbərin mətni
İyunun 20-də Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşkil etdiyi QHGT İqlim Fəaliyyəti Forumunun açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə COP29-un İqlim üzrə gənclər çempionu, QHGT-nin sədri Leyla Həsənova gənclərin qlobal problemlərin həllində iştirak etmələrinin son dərəcə vacib olduğunu bildirib.