SİYASƏT


Yüksək Səviyyəli 29-cu Toplantının növbəti paneli “Ərzaq və kənd təsərrüfatı sektorunun xüsusi vəziyyəti” mövzusuna həsr olunub

İyunun 20-də - “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının ikinci günündə “Ərzaq və kənd təsərrüfatı sektorunun xüsusi vəziyyəti” mövzusunda panel müzakirələri olub.
AZƏRTAC xəbər verir ki, panel iclasının moderatoru - Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqat Mərkəzləri Konsorsiumunun (CGIAR) icraçı direktoru, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının sabiq baş alimi İsmahane Elouafi iqlim dəyişikliyinin qarşısının alınması üçün hər bir sektorda görülə biləcək ən yaxşı işin emissiyaları azaltmaq və fəaliyyətin səmərəliliyini artırmaq olduğunu qeyd edib. Deyib ki, bunun üçün ərzaq və kənd təsərrüfatı sektoru həqiqətən dəyişdirilə bilər.