SİYASƏT


Fransa Bakı Təşəbbüs Qrupunun BMT-də keçiriləcək tədbirində iştirak edəcək bəzi şəxsləri hava limanından buraxmayıb

Bakı Təşəbbüs Qrupu tərəfindən iyunun 20-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında müstəmləkəçiliyə qarşı mübarizəyə dair keçiriləcək konfransdan əvvəl iştirakçılar və media nümayəndələri üçün məlumatlandırma sessiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun şöbə müdiri Elgün Hacıyev “Müstəqilliyə və Fundamental Azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin Rolu” adlı konfransda Fransanın və Niderlandın müstəmləkə altında saxladığı ərazilərdən nümayəndələr, habelə 40-dan artıq rəsmi şəxs, müstəqillik hərəkatlarının rəhbər şəxsləri, dekolonizasiya üzrə ekspertlər, deputatlar və tədqiqatçılar iştirak edəcəklərini bildirib.