İQTİSADİYYAT


Saatlıda salınan intensiv nektarin bağının ilk məhsulu daxili bazarlara çıxarılır

Saatlı rayonu ərazisində ilk dəfə olaraq intensiv üsulla becərilən nektarin bağı salınıb. Hazırda bağda məhsul yığımı davam edir. Bağın ilk məhsulu əsasən yerli bazara tədarük olunur. Növbəti ildən Azərbaycan brendi olaraq xarici bazarlara da məhsul çıxarılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Saatlı rayonunun Qaralar kəndində salınan intensiv nektarin bağı 10 hektar sahəni əhatə edir. Bağdakı ağaclar 3 ildir becərilir və bu il ilk bar toplanılır. Fermer Həbib Əhmədov deyir ki, bağda 7 mindən çox ağac əkilib. Bağın salınması və becərilməsində innovativ üsuldan istifadə olunub.