Sabah Azərbaycanda havanın temperaturu 18 dərəcəyə yüksələcək
03.04.2015 [13:51]
Aprelin 4-də Bakıda və Abşeron yarımadasında hava gün ərzində dəyişkən buludlu keçəcək, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Havanın hərarəti gecə 4-7, gündüz 8-12 dərəcə isti olacaq. Aran rayonlarında isə gecə 4-9, gündüz 13-18 dərəcə isti proqnozlaşdırılır.