ORDU


“Qarabağ mücrüsü” əməliyyatının qəhrəmanları REPORTAJ

Onlar daha çox “Qarabağ mücrüsü” adlı əməliyyat planı ilə tanınır. Hansı ki, həmin plan 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu çaş-baş salan taktikalardan ibarət idi və şanlı Zəfəri əldə etməyimizdə böyük rol oynadı.
Zəfər salnaməmizə qəhrəmanlıq və şücaət nümunələri ilə adlarını yazdıran HHQ-nin hərbi qulluqçuları arasında ən hündürlüyə - şəhidlik mərtəbəsinə yüksələnlər də olub. Sıralarından 5-i Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.