SİYASƏT
AZƏRTAC XƏBƏR VERİR: Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinə cavab atəşi açıldı
22.06.2024 [17:56]
Ötən gün saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atəşə tutulub. Müdafiə Nazirliyindən verilən məlumata görə Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.