Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutulub
22.06.2024 [18:34]
Xəbərin mətni
İyunun 22-si saat 13:00-da Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atıcı silahlardan yenidən atəşə tutulub. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdəki bölmələri adekvat cavab tədbirləri görüblər.