Azərbaycan Dövlət İnformasiya Agentliyi

Salyan şosesində təmir işləri aparılır

24.06.2024 [17:31]

Salyan şosesində (Bibiheybət şosesindən Lökbatan dairəsinədək) təmir işlərinə start verilib.
Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi, piyada səkilərinin yenilənməsi işləri yerinə yetirilir.
Qeyd edək ki, işlərin aparıldığı ərazidə hərəkət tam məhdudlaşdırılmır. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilir.

Bölmənin digər videoları