SİYASƏT


AZƏRTAC XƏBƏR VERİR: Silahlı müqavimət nəticəsində həyatını itirən polislər torpağa tapşırıldı

Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.
O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd göstərib. Yaranmış vəziyyətdən istifadə edərək Rövşən Allahverdiyev “Lancaster” markalı ov silahından atəş açmaqla 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.
Baş verən kədərli hadisənin ardından həlak olan polislərimiz torpağa tapşırılıb.