CƏMİYYƏT
Xəbərdarlıq: Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı ehtimalı var
25.06.2024 [15:17]
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 26-sı axşamdan 27-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° enəcək.