ORDU


Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi keçirilib

İyunun 25-də Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin məzunlarının növbəti buraxılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, hərbi institutda keçirilən mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti iştirak edib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hərbi institutun ərazisində ucaldılan abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət olunub, qarşısına qızılgüllər düzülərək xatirələri dərin hörmətlə anılıb.