SİYASƏT


“GÜNÜN MÖVZUSU”: Ordumuzun müharibədən sonrakı yeni nizamı

Bugün 26 iyun Silahlı Qüvvələr günüdür. 106 il öncə yaranan ordu bugün dünyanın ən güclü 50 ordusu arasında yer alıb. Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur. Hətta mən deyərdim ki, elə bu səbəbdən Tarixi torpaqlarımızı azad edən ordunun günü təkcə hərbiçilərimizin deyil, bütün xalqımızın bayramıdır. Elə biz də öz növbəmizdə həm Şanlı ordumuzun nəfərlərini, həm də xalqımızı təbrik edirik. Bugünki proqramımızda ölkəmizin hərbi qüdrətinin dünəni, bugünü və gələcəyini müzakirə edəcəyik. Studiamızın qonağın hərbi siyasi ekspert Telman Qasımovdur.