ORDU


Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü Varşavada qeyd olunub

Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı və Azərbaycanın Polşadakı hərbi attaşelik aparatının dəstəyi ilə Varşavada Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106-cı ildönümü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində həm Azərbaycan, həm də Polşa qəhrəmanları olan polkovnik Vəli bəy Yadigar və general Maçey Sulkeviçin abidəsi önünə Azərbaycanın Polşadakı səfirliyi, Polşa-Azərbaycan dostluq qrupu, Varşavanın Cənubi-Praqa rayonunun rəhbərliyi, Seymdə Hüquq və Ədalət partiyasının fraksiyası və Azərbaycan diasporu adından əklil və gül dəstələri qoyulub.