İQTİSADİYYAT


“Baku ID” innovasiya festivalı davam edir

SABAH.HUB İnnovasiya Mərkəzinin dəstəyi ilə yaradılmış, Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, “Bakı Kristal Zal”da təşkil olunan "Baku ID"-nin ikinci günü "İqtisadiyyatları transformasiya edən texnoparklar: innovasiya və startap artımına təkan verir" adlı panel sessiya ilə başlayıb.
Şərqi Avropada texnoloji innovasiyaları əhatə edən informasiya və analitik agentlik olan “East-West Digital News”un həmtəsisçisi, Fransa və Şərqi Avropada texnologiya və vençur kapitalı sektorlarında təxminən 20 illik təcrübəyə malik Adrien Henneyin moderatorluğu ilə keçən panel sessiyada investorlara, startaplara və digər təşkilatlara ətraflı məlumatlar verilib.