Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC XƏBƏR VERİR: Milli Məclisə növbədənkənar seçkilərin vaxtı açıqlandı

28.06.2024 [19:19]

Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılıb. Milli Məclisə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Bölmənin digər videoları