ORDU


Azərbaycan və Macarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Macarıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 28-də bu ölkənin müdafiə naziri Kristof Szalay-Bobrovnicski ilə görüşüb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Budapeşt şəhərindəki “Qəhrəmanlar meydanı” ziyarət edilib və ənənəyə uyğun olaraq əklil qoyulub.
Macarıstan Müdafiə Nazirliyinin binasında təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər.