Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib

29.06.2024 [16:19]

Xəbərin mətni

Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti dəfə keçirilən “Baku Open-2024” beynəlxalq şahmat festivalının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında təşkil edilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın füsunkar təbiəti ilə bağlı videoçarx nümayiş olunub.